waplog

Sərnişin avtobuslarında turniket-kart ödəniş sisteminın mərhələli şəkildə tətbiqinə başlanılır


Bu ilin payızından  Nəqliyyat Nazirliyi Bakı şəhərinin sərnişin avtobuslarında turniket-kart ödəniş sisteminın mərhələli şəkildə tətbiqinə başlamağı planlaşdırır. Bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirib. Onun sözlərinə görə, yeni sistemin tətbiqi Bakıda nəqliyyatın intellektual idarə edilməsi sisteminin davamı olaraq həyata keçirilir.

Bununla əlaqədar olaraq, nazirlik onun nəqliyyatın intellektual idarə edilməsi sistemi ilə inteqrasiyası üzrə xüsusi proqram hazırlayıb. Nəqliyyatın intellektual idarə edilməsi çərçivəsində də Bakıda sərnişin nəqliyyatının səmərəli işini təmin etmək məqsədilə bir sıra az səmərəli avtobus marşrutlarının azaldılması planlaşdırılır.

Nəqliyyat Nazirliyi 2014-2015-ci ilə qədər Bakıdan savayı, Abşeron yarımadasını və ölkənin digər regionlarını əhatə edəcək nəqliyyatın intellektual idarə edilməsi sistemini tam istismara verməyi planlaşdırır.






RƏVAN


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL