waplog

“Microsoft” “Windows XP”-dən imtina edir


“Windows XP” əməliyyat sistemi bu il öz onillik yubileyini qeyd edir. “Microsoft” nümayəndələri isə XP dəstəyinin hələ maksimum 1000 gün və ya 3 ildən bir az davam edəcəyini bildirib.
Bu məlumat “Windows” üzərində işləyən İT mütəxəssislər qrupunun meneceri Stiven Rouzun rəsmi bloqunda yayımlanıb. "Windows XP” bütün dünyada çox məşhur oldu və milyonlarla istifadəçi bizə onun üçün minnətdardır. Lakin daha irəli getmək lazımdır, buna görə də 1000 gündən sonra “Windows XP” əməliyyat sisteminin texniki dəstəyi dayandırılacaq", - cənab Rouz belə yazıb. Beləliklə, “Microsoft” əfsanəvi əməliyyat sisteminin son yeniləməsini 2014-cü il aprel ayının 8-də çıxartmağa söz verib.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL