waplog

“Samsung” yeni smartfonun satışına başlayıb


“Samsung” şirkəti “Samsung Omnia M” adlandırılan yeni smartfonun satışına start verib. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə “pitbit.ru” saytında  məlumat verilib.

Məlumatda bildirilir ki, bu smartfonlar 800x480 piksel kəskinlikli 4 düymlü ekranla təchiz edilib.
1GHz takt tezlikli prosessorla təmin olunan qurğu 4 QB daxili yaddaşa malikdir.

Yeni modeldə “WiFi” modul, 5 meqapiksel kamera ilə yanaşı, ön “VGA” kamerası və 1,500 “mAh” akkumulyator mövcuddur.

“Samsung Omnia M” smartfonunun ölçüləri 121,6 x 64,1 x 10,5 mm, çəkisi 119 qr təşkil edir.
Qurğu “Windows Phone 7.5 Mango” əməliyyat sisteminin nəzarəti altında işləyir.


 
CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL