waplog

Azərbaycanda “İnformasiya əldə etmək haqqında” qanuna dəyişikliklər təsdiqləndi


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "İnformasiya əldə etmək haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanunu təsdiqləyib.

Qanuna əlavə edilmiş maddəyə əsasən, informasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi məqsədlərinə zidd olmasın.
 
Qeyd edək ki, "İnformasiya əldə etmək haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanun Milli Məclisin bu il iyunun 12-də keçirilmiş iclasında qəbul edilib.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL