waplog

Ramazan ayı münasibətilə “Nar Mobile” abunəçilərinə özəl xidmət


“Nar Mobile” abunəçilərinə Ramazan ayının gəlişi münasibətilə xüsusi xidmət təklif edir. Belə ki, bundan sonra abunəçilər namaz vaxtlarını SMS vasitəsilə əldə edə bilərlər. Habelə, Orucluq ayı ərzində abunəçilərə iftar və imsaq vaxtları da təqdim olunacaq.

“Azerfon” MMC-nin servis və məzmun təminatçısı olan “Azericom” MMC-nin texniki dəstəyi ilə hazırlanan xidmət abunəçilərin rahatlığını təmin etmək məqsədi daşıyır.

“Azericom” MMC-nin direktoru Vüqar Əliyarovun verdiyi məlumata əsasən “Nar Mobile” abunəçiləri "NAMAZ" yazıb SMS ilə 3040-a göndərərək, gündəlik namaz vaxtlarını mobil telefonlarında əldə edə bilərlər.

Qeyd edək ki, "Namaz Təqvimi" xidmətinin aylıq abunə haqqı 0.75 AZN təşkil edir.

RƏVAN


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL