waplog

Bu gün dünyada bir neçə yüz min istifadəçi internetə çıxışdan məhrum ola bilər


Bu gün dünyada bir neçə yüz min istifadəçi internetə çıxışdan məhrum ola bilər. Məlumatlara görə, ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) "DNS Changer" virusuna yoluxan kompyuterlərə xidmət göstərən müvəqqəti DNS-serverləri şəbəkədən ayıracaq. Bu, ümumilikdə dünya üzrə 300 mindən çox istifadəçiyə aid ola bilər.  

Ötən ilin noyabrında FTB əməkdaşları altı Estoniya vətəndaşını internet şəbəkəsində fırıldaqçılıqda və dünyada minlərlə kompyuteri "DNS Changer" virusuna yoluxdurmaqda şübhəli bilərək həbs edib.    FTB-nin məlumatına görə, hakerlər bu virusdan istifadəçiləri onlar tərəfindən reklam elanlarının yerləşdirildiyi öz veb-saytlarına yönəltmək üçün istifadə ediblər. Bu resurslarda reklam informasiyasına baxış sayına görə hakerlər pul alıblar və bu minvalla 14 milyon dollara yaxın vəsaiti qeyri-qanuni mənimsəyiblər. 

Haker şəbəkəsini ifşa edən FTB yoluxmuş kompyuterlərin dərhal internetdən ayrılmasının qarşısını almaq və istifadəçilərə faylları viruslardan təmizləməyə vaxt vermək üçün sərəncamında olan resursları qısa müddət ərzində fəallaşdırmağa başlayıb və virusa yoluxmuş serverləri (viruslu kompyuterlərin şəbəkəyə yalnız bu serverlər vasitəsilə daxil olanları) müsadirə edərək onları əvəzləyib. 

  İyulun 9-da FTB müvəqqəti serverləri bağlayacaq və buna görə dünyadakı internet istifadəçilərini kompyuterlərdə virusun olub-olmamasını yoxlamağa çağırıb. Büro bu məqsədlə xüsusi sayt (http://www.dcwg.org/) yaradıldığını da bildirir.   
RƏVAN


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL