waplog

“Bakcell” “CİNeration” məzunlarını təbrik etdi


Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet təchizatçısı olan “Bakcell” şirkəti müasir mobil rabitə istifadəçilərinə geniş çeşidli məhsullar təklif etməkdədir. Daim fəal ünsiyyətdə olmaq və sosiallaşmaq istəyən gənc müştərilər üçün xüsusi olaraq yaradılan unikal tarif planı “CINeration” yeni informasiya və kommunikasiya texnologiyalarını öz həyatlarının mühüm bir hissəsi hesab edən dinamik və müasir gənclər üçün nəzərdə tutulub.

Yarandığı gündən bu yana yeni nəslin bütün nümayəndələrini ətrafına toplayan “CİNeration” Bakı şəhər Təhsil İdarəsinin dəstəyi ilə məktəb məzunları üçün unudulmaz buraxılış gecəsini təqdim etdi.

Azərbaycanda bir ilk olan bu layihə “Bakcell”in doğrudan da İlkCell olduğunu bariz nümunə ilə nümayiş etdirdi. Tədbirdə çıxış edən təhsil naziri və “Bakcell”in baş marketinq direktoru ilin ən fəal, bacarıqlı, yüksək nailiyyətlər və müvəffəqiyyətlər əldə etmiş məzunlarını təbrik etmiş, onlara həyatlarının yeni mərhələsində müvəffəqiyyətlər arzulamışlar.

Təhsillərini fərqlənmə ilə bitirmiş məzunlara “Bakcell”dən 1 il limitsiz internetli “Sür@” data kartları hədiyyə edilmiş, fəal tələbələrə isə “CINeration” nömrələri pulsuz olaraq paylanmışdır. 
Azərbaycan səhnəsində ilk dəfə olan Nyuşa (Rusiya), Cəza (Türkiyə), Dan Balan, eləcə də, yerli Miri Yusif, Safura, Uran  və DJ Shock məzunlarımızın şərəfinə təşkil olunan konsert proqramında öz ifaları ilə gənclərimizi sevindirdilər.    


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL