waplog

Fizika-riyaziyyat və informatika təmayüllü liseydə təmayüllər üzrə eksperiment aparılır


Təhsil Nazirliyində tam orta təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot müəssisələrində aparılan eksperimentin nəticələri ilə bağlı tədbir keçirilib.

“ICTnews” elektron xəbər xidmətinə bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, tədbirdə təhsil naziri Misir Mərdanov “Tam orta təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot müəssisələrində aparılan eksperimentin nəticələri haqqında” təqdimatla çıxış edib.

Nazir bildirib ki, eksperimentin aparılması üçün 6 pilot müəssisə müəyyənləşdirilib ki, bunlar akademik Zərifə Əliyeva adına lisey, 6 nömrəli məktəb, Bakı Avropa Liseyi, “Elitar” gimnaziya, Fizika-riyaziyyat və informatika təmayüllü lisey və XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzidir. Eksperimentə dair təbliğat-təşviqat işlərinin həyata keçirildiyini vurğulayan nazir qeyd edib ki, bununla əlaqədar valideynlərlə görüşlər təşkil edilib, eksperimentin mahiyyəti onlara izah olunaraq rəy sorğuları aparılıb.

Misir Mərdanov eksperimentin tədris Azərbaycan və rus dillərində aparılmaqla riyaziyyat-texniki, riyaziyyat-iqtisadiyyat, humanitar və təbiət fənləri təmayülləri üzrə təşkil olunduğundan söz açıb.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL