waplog

“Fujifilm” “Motorola”-nı məhkəməyə verib


"Motorola" şirkəti məhkəməyə verilib; o, "Fujifilm"-in bir sıra patentlərini pozmaqda ittiham edilir. "Fujifilm" hüquqşünaslarının sözlərinə görə, bəzi texnologiya və proqram alqoritmlərinin qanunsuz istifadəsi haqqında məsələ hələ 2011-ci ildə qaldırılmışdı, lakin tərəflər o zaman razılığa gələ bilməmişdilər.

"ICTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, "Fujifilm" tərəfindən qaldırılmış iddiada aşağıdakı patentlərin adı çəkilir:

  1. Rəngli təsvirin ağ-qara təsvirə çevrilməsi;
  2. Müxtəlif qurğuların mobil şəbəkədə qarşılıqlı əlaqəsi;
  3. Fotokamera ilə çəkiliş zamanı üzün tanınması funksiyası.
 
"Fujifilm" patentlənmiş texnologiyaların ən azı "Droid X", "RAZR", "RAZR MAXX", "Droid Bionic" və "Xoom" smartfonlarında istifadə olunduğunu hesab edir. Hazırda iddianın məbləği təyin edilməyib.

EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL