waplog

İstehsalat proseslərinin avtomatlaşdırılmasında informasiya texnologiyaları sistemlərinə xüsusi diqqət yetirilir


İstehsal proseslərinə nəzarət və idarə olunmasının təkmilləşdirilməsi məqsədi ilə kadrların hazırlığı, mühəndis-texniki işçilərin maarifləndirilməsi “Azneft” İstehsalat Birliyinin istehsalat obyektlərində avtomatlaşdırılmış istehsalat proseslərinin idarə olunmasında mühüm pol oynayır.

Bu baxımdan istehsalat proseslərinin layihələndirilməsi, yenidənqurma, modernləşdirilməsi zamanı müasir informasiya texnologiyaları və rabitə kommunikasiya elementləri bazasında yaradılmış avtomatlaşdırılmış nəzarət və idarəetmə sistemlərinə xüsusi diqqət yetirilir. 

Tətbiq olunan sistemlərin səmərəli istifadəsi, texniki xidmət strategiyasına uyğun texniki xidmətin göstərilməsi və səmərəliliyin artırılması üçün NÖC və avtomatika sahəsində çalışan mühəndis-texniki işçilərin bilik və təcrübələrinin artırılması uçün marifləndirmə və təlimatlandırma işlərin aparılması  istiqamətində intensiv iş aparılır.

Ayrı-ayrı podratçı təşkilatların “Azneft” İB-nin istehsalat sahələrində tətbiq etdikləri müasir tipli texnoloji proseslərə avtomatik nəzarət və idarəetmə sistemlərinin proqram təminatı və idarəetmə sistemlərinə uyğun təlim proqramları hazırlanıb. İPA və metrologiya sahəsinin mütəxəssisləri üçün təlim-məşqlərin keçirilməsi həyata keçirilir. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə birliyin məlumatında deyilir.

Məlumatda bildirilir ki, növbəti tədbir 28 May NQÇİ-nin “Günəşli” yatağı DDÖ-lərində quraşdırılıb və istismara verilmiş Avtomatlaşdırılmış Qaz Paylayıcı Qurğuların nəzarət və idarəetmə sistemlərinin məntiqi elementlər (PLC) əsasında hazırlanmış proqram təminatının tam mənimsənilməsi məqsədilə “Azneft” İB-nin İPA və Metrologiya şöbəsi və “Nəzarət Ölçü Cihazları” MMC-nin birgə təşkil etdiyi, “Texnoloji prosesin avtomatik idarə olunması  (məntiqi elementlər (PLC) əsasında hazırlanmış idarəetmə sistemi)” mövzusunda təlim kursu keçirilib.

Məntiqi elementlər (PLC) əsasında hazırlanmış idarəetmə sistemin texniki imkanların nümayiş etdirməklə sistemin üstünlüklərindən, iş prinsipindən, baş verə biləcək nasazlıqların təyin olunması, analizi və aradan qaldırılması haqqında tam izahat verilib, suallar cavablandırılıb və hazırlanmış stenddə fərdi məşqlər keçirməklə kurs yekunlaşıb.

CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL