waplog

Texnologiya sektorunda ixtisarların miqyası rekord təşkil edir


Dünya iqtisadiyyatının bərpa olunması ilə bağlı gedən müzakirələrə baxmayaraq, texnologiya sektorunda indiyə qədər ciddi problemlər yaşanır. Bu problemlər ilk növbədə kadr dəyişiklikləri ilə bağlıdır.

"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, "Challenger Gray&Christmas" konsaltinq şirkətinin məruzəsində dərc edilmiş məlumatlara əsasən, 2012-ci ilin birinci yarısında planlaşdırılmış ixtisarların səviyyəsi 51529 iş yeri təşkil edib. Bu isə 1 il əvvəllə müqayisədə 260 faiz çoxdur.

Məsələn, "Hewlett-Packard" (HP) şirkəti 2012-ci ilin may ayında 30 min əməkdaşını ixtisar etmək niyyəti haqqında bildirmişdi. Bu plan 2014 maliyyə ilinin sonuna kimi müəyyən edilib və heyətin 8 faizinin ixtisarını nəzərdə tutur.

"Sony" və "Nokia" şirkətlərində də bu məsələ ilə bağlı vəziyyət heç də yaxşı deyil; onlar 10 min əməkdaşını ixtisar etməyi planlaşdırırlar. "Panasonic" şirkəti də ixtisar haqqında fikirləşir.

Ekspertlər bildiriblər ki, texnologiya bazarında artan rəqabət zəif "oyunçu"ları kənarlaşdırır, buna görə də onlar öz güclərini səfərbər etməyə və hansısa bir yeni ideya fikirləşməyə məcburdurlar. Belə tendensiya fonunda yaxın illərdə daha çox ixtisarlar gözlənilir.
 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL