waplog

“3G” xidmətindən istifadə edənlərin sayına görə hansı mobil operator öndədir?


"Bakcell" şirkəti 3G xidmət istifadəçilərinin sayına görə digər mobil operatorları qabaqlayır". Bu barədə "ICTnews" elektron xəbər xidmətinə şirkətin texniki direktoru Yigit Berktaş məlumat verib.

Onun sözlərinə görə, 3G abunəçilərinin sayı 1,9 milyondur. Bu gün internet xidmətlərinin istifadəsinə görə də "Bakcell"in öndə olduğunu qeyd edən  texniki direktor, operatorun xidmətlərinin bütün Azərbaycanı əhatə etdiyinin  bildirib: "Hazırda şirkət bütün stansiyaların 42 Mbit/s sürət həddinə uyğunlaşdırılması istiqamətində iş aparır".

 Qeyd edək ki, "Bakcell" bütün rayon mərkəzlərində 3G xidmətlərini tətbiq edib. Gələn ilin sonuna qədər əhalisinin sayı 1000 nəfərdən yuxarı olan yaşayış məntəqələrində operatorun xidmətlərinin tətbiqi istiqamətində iş aparılır.



RƏVAN


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL