waplog

Azərbaycanda pensiyaların plastik kartlar vasitəsilə ödənilməsi sistemi təkmilləşdirilib


2012-ci ilin birinci yarısında həyata keçirilən mühüm tədbirlərdən biri də pensiyaların plastik kartlar vasitəsilə ödənilməsi sisteminin təkmilləşdirilməsi sahəsində görülən işlər olub.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Dövlət Sosial Müdafiə Fondunda 2012-ci ilin I yarımilliyinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş kollegiya iclasında fondun sədri Səlim Müslümov deyib.

Onun sözlərinə görə,  xidmətin keyfiyyətinin yaxşılaşdırılması və bu sahədə şəffaflığın daha da artırılması məqsədilə Dövlət Sosial Müdafiə Fondu ölkənin bütün ödəniş təşkilatları arasında açıq tender keçirib və tender proseduru Azərbaycan Respublikasının Maliyyə, İqtisadi İnkişaf nazirlikləri, Satınalmalar üzrə Dövlət Agentliyinin nümayəndələrinin iştirakı ilə 69 lot üzrə baş tutub.

Tenderin şərtlərinə uyğun olaraq artıq plastik kartların pensiyaçılara çatdırılması DSMF-nin şöbələri deyil, bilavasitə tenderdə qalib gəlmiş bankın filial və ya şöbələri tərəfindən yerinə yetirilir”.

CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL