waplog

Robotlar çinlilərdən daha sərfəlidir


Çin dünyada “montaj sexi” statusunu itirə bilər. Belə ki, şirkətlərin əksəriyyəti ucuz çin işçi qüvvəsindən imtina etməyi və onu  robotlarla əvəz etməyi planlaşdırırlar.

“ICTnews.az” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən  bildirir ki, məsələn, elektronika istehsalçısı “Foxconn” şirkəti 3 il ərzində quraşdırma sexlərinə 1 milyon sənaye robotu yerləşdirməyi planlaşdırır. Belə təşəbbüslər əmək bazarını əhəmiyyətli dərəcədə dəyişdirəcək və dünya iqtisadiyyatına təsir edəcək. İstehsal daha da avtomatlaşdırılır və yaxın 10 ildə robotlardan geniş istifadə etməyən şirkət və dövlətlər böyük zərərə məruz qalacaq.

Asiya regionunun bir çox ölkələri kimi Çin də uzun müddət xeyli sayda ucuz işçi qüvvəsinə malik yer olub. Daxili miqrasiya şəhərlərdə nəhəng zavodların yaradılmasına gətirib çıxartdı. Yalnız “Foxconn” zavodunda təxminən 1 milyon aşağı maaşlı işçi işləyir.

Hazırda “Foxconn” şirkətinin “Longhua” zavod kompleksinə yaxın yataqxanalarda 300 min çinli işçi yaşayır. Onlar loqotiplərin yapışdırılması kimi sadə əməliyyatlar yerinə yetirərək “Apple” şirkətinin məhsulunu quraşdırırlar. Məsələn, “iPad” planşet kompyuterinin quraşdırılması üçün 5 gün və 325 əməliyyat tələb olunur.

“Foxconn” mütəxəssislərinin hesablamalarına görə, hərəkətli manipulyator, lazer və təzyiq tənzimçiləri ilə təchiz edilmiş sənaye robotları həftədə 160 saat işləyə bilərlər və bir robot iki, hətta dörd işçini əvəz edə bilər, çünki robota yuxu və fasilə lazım deyil.
 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL