waplog

Azərbaycan dilinin morfologiya modulu “ABBYY Recognition Server 3.5”-in yeni versiyasına əlavə edilib


Linqvistika, sənədlərin tanınması və verilənlərin daxil edilməsi sahəsində dünya lideri olan “ABBYY” şirkəti məhsullarını inkişaf etdirməkdədir. Bir qədər əvvəl şirkət Azərbaycan dili üçün morfologiya modulunu işləyib hazırlayaraq onu skanerdən, faksdan və çoxfunksiyalı printerdən alınmış sənədlərin və PDF faylların işlənməsi üçün yaradılmış yüksək məhsuldarlıqlı server həlli olan “ABBYY Recognition Server 3.5”-in yeni versiyasına əlavə edib. Bu barədə “ABBYY” şirkətinin partnyor layihələr üzrə direktoru Antonina Korobenkova məlumat verib. 

İKT İnformasiya Mərkəzindən “ICTnews” elektron xəbər xidmətinə bildirilib ki, “ABBYY” şirkətinin Azərbaycandakı partnyoru “SİNAM” şirkəti tərəfindən morfologiyanın yoxlanılması üçün material təqdim edilməklə “ABBYY”-yə lokal dəstək göstərilib.

Ekspertlər hesab edir ki, morfologiyanın dəstəklənməsi Azərbaycan dilində olan mətnlərin müvəffəqiyyətlə tanınma faizini əhəmiyyətli dərəcədə artıracaq və bununla da “ABBYY” həllərinin Azərbaycanda İKT layihələrində tətbiq sahəsini genişləndirəcək.
 
HƏQİQƏT


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL