waplog

“Apple” şirkəti “iPhone” vasitəsilə məlumat topladığı üçün pul ödəyib


“Apple” şirkəti “iPhone” smartfonu vasitəsilə qeyri-qanuni olaraq məlumat topladığı üçün kompensasiya kimi 1 milyon Cənubi Koreya vonu (təxminən 946 dollar) ödəməyə razılaşıb. Müvafiq qətnamə 2011-ci ilin may ayında Çxanvona (Cənubi Koreya) Federal Məhkəməsi tərəfindən yazılıb.
Kim Hyunq Suk adlı hüquqşünas “Apple” şirkətindən pulu məhkəmə vasitəsilə almağı bacarıb. Bu qurğular GPS vasitəsilə obyektin yerini müəyyən edir, həmçinin ən yaxın mobil qüllələri və “Wi-Fi” giriş nöqtələrini aşkar edir. Toplanmış məlumatlar gizli faylda yadda saxlanılır və nəzəri cəhətdən kibercinayətkarlar tərəfindən istifadə edilə bilər.
“Kupertino” şirkətindən bildiriblər ki, üçüncü şəxslər bu fayllara girişə malik deyillər. “Apple” insanların yeri haqqında informasiya olan faylları bloklayaraq istifadəçilərin müdafiəsinə yönəldilmiş faktiki hərəkətləri edib və beləliklə, onlar “iTunes” vasitəsilə ələ keçirilə bilməz. İndi Cənubi Koreyada “Apple” şirkətinə qarşı qrup iddiası hazırlanır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL