waplog

RİMHİRK 6 il ərzində gördüyü işlərlə bağlı hesabat verdi


Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin (RİMHİRK) hesabat seçki konfransı keçirildi. Konfransda  Rabitə və informasiya texnologiyaları  nazirinin  müavini İltimas Məmmədov, Azərbaycan Həmkarlar İttifaqları  Konfederasiyasının  rəhbərliyi, rabitə birlik və müəssisələrinin  həmkarlar İttifaqlarının  sədrləri  iştirak  edirdilər. Toplantını  giriş  sözü ilə RİMHİRK-nin sədri Seymur Orucov açaraq  konfransın gündəliyi ilə mərasim  iştirakçılarını  tanış etdi.

Gündəlikdə  Respublika Komitəsinin Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqının  IV (XXIV)  konfransından sonrakı  dövr  ərzindəki  görülən  işlər,  Təftiş komissiyasının hesabatı, RİMHİRK-fəaliyyətinin əsas istiqamətləri proqramının qəbul edilməsi, sədr, sədr müavini və Təftiş komissiyasının  seçilməsi dururdu.

Sonra sədrin geniş hesabatı dinlənildi. Natiq bildirdi ki, " IV (XXIV) Respublika Konfransından keçən dövr ərzində respublikanın həmkarlar təşkilatlarında böyük dəyişikliklər baş verib, qanunvericilik bazası möhkəmləndirilib və həmkarlar təşkilatlarının  fəaliyyəti üçün geniş imkanlar yaradılıb. "Bu dövr ərzində respublikamız iqtisadi cəhətdən daha da dinamik inkişaf edib, əhalinin, o cümlədən rabitəçilərin sosial-iqtisadi vəziyyəti xeyli yaxşılaşıb.

Rabitə İşçiləri Müstəqil Həmkarlar  İttifaqının hesabat dövrü 10 mart 2006-cı ildən bu günə qədər olan dövrü əhatə edir. Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən dövlət və özəl müəssisələrlə əməkdaşlıq  münasibətlərini müxtəlif istiqamətlərdə inkişaf etdirməkdədir.

Hesabat dövrü rabitə və informasiya texnologiyaları sahəsinə daxil olan "Katel" MMC-də, «Кür» ЕАİ ММC-də, "Fəriba" MMC-də, "Azərkosmos" MMC-də və "Rabitə Mülki Tikinti" MMC-də  ilk həmkarlar təşkilatları yaradılıb.

 S.Orucov bildirib ki, Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin balansında olan "Nabran" istirahət bazası 2011-ci ildə əsaslı təmir edilmişdir. Baza  həmkarlar ittifaqı üzvlərinin ailələri  ilə birlikdə sağlamlıqlarını bərpa etmək, onların mənəvi istirahətlərini təmin etmək üçün fəaliyyət göstərir.
"Hesabat dövründə 5 plenum keçirilib.

Plenumlarda "Müasir mərhələdə əməyin mühafizəsi problemlərinin həllində Həmkarlar İttifaqının rolu"; "Rabitə müəssisələrində kollektiv müqavilələrin yerinə yetirilməsinin vəziyyəti"; "Əmək qanunvericiliyinə  əməl edilməsi və kollektiv müqavilələrin  yerinə yetirilməsinin vəziyyəti" müzakirə edilib və müvafiq qərarlar qəbul edilib.

 Bundan başqa, AHİK-in tədris planına uyğun olaraq Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin tərtib etdiyi tədris planı üzrə Həmkarlar İttifaqı kadrlarının və fəallarının  təhsil və ixtisaslarının artırılması təşkil edilib və hesabat dövrü ərzində 354 nəfər öz təhsilini və ixtisasını artırıb. Hesabat dövründə Respublika Komitəsinə rabitəçilər tərəfindən 5137 ərizə, məktub və şikayət daxil olub.

Həmkarlar İttifaqı təşkilatının RİTN və onun tabe müəssisələrinin  rəhbərləri ilə qarşılıqlı birgə fəaliyyətinin nəticəsində daxil olmuş  ərizə və  şikayətlərin  əksəriyyəti  tez bir  zamanda aradan qaldırılıb, işçilərin pozulmuş  hüquqları bərpa olunub. İşğal olunmuş rayonlardan qaçqın düşmüş rabitəçilər, onların ailələri, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri, 20 Yanvar rabitəçi şəhid ailələri, Çernobıl iştirakçıları, rabitəçi ahıllar daim diqqət mərkəzindədir. Onların  problemləri vaxtında həll olunur, maddi yardımlar verilir, pulsuz yollayışlarla təmin olunurlar".

Bununla yanaşı, S.Orucov qeyd edib ki, cənab nazir Əli Abbasovun birbaşa nəzarəti ilə hər il Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi arasında "Erməni təcavüzü nəticəsində işğal olunmuş rayonların qaçqın düşmüş rabitəçiləri ilə keçiriləcək görüşlər və başqa tədbirlər" haqqında   birgə qrafik  hazırlanır.

Bu tədbirlər planında keçiriləcək görüşlərin adı, keçirilmə tarixi, yeri, icraçı təşkilat və görüşdə iştirak edəcək rəhbər şəxslər dəqiq müəyyən edilir. Hesabat dövründə RK tərəfindən bu qrafikin tədbirlər planında nəzərdə tutulmuş bəndlərin icrası təmin olunur.

Sədr bildirib ki, hesabat dövründə RK-nin  beynəlxalq əlaqələri də güclənib, bir sıra təşkilatlarla ikitərəfli əlaqələr yaradılıb, birgə seminarlar təşkil edilib. RK-nin nümayəndələri UNİ-nin Belorusda, Ukraynada, Avstriyada, Rusiyada, Türkiyədə, Fransada keçirdiyi bir sıra tədbirlərdə iştirak ediblər.

Hesabat dövründə Özbəkistan və Qırğızıstan Rabitə İşçiləri Həmkarlar İttifaqı Respublika komitələri ilə ikitərəfli əlaqələr yaradılıb və bu məqsədlə RK-nin nümayəndə heyəti Daşkənd və Bişkek şəhərlərində ezamiyyətdə  olublar. 
Qeyd edək ki, hesabat dövründə  Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqının fəaliyyəti RİTN tərəfindən yüksək qiymətləndirilərək, komitənin bir çox əməkdaşları fəxri ad ilə təltif olunublar.

Daha sonra Təftiş komissiyasının hesabatı və Mandat komissiyasının açıqlaması dinlənildi.
Sonra açıq səsvermə ilə Seymur Orucov RİMHİRK-nin sədri, Rəşad Səfərov isə sədr müavini seçildi və daha sonra komitənin Rəyasət heyətinin üzvləri təsdiq olundu.

Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov çıxış edərək ilk öncə nazir Əli Abbasovun salamlarını konfrans iştirakçılarına çatdırdı. Nazir müavini ölkəmizdə bütün sahələrdə olduğu kimi, rabitə və informasiya texnologiyaları sahəsində də sürətli inkişaf müşahidə olunduğunu, bu nailiyyətlərin əldə olunmasında  kollektivlərin əməyini yüksək qiymətləndirdi. İ.Məmmədov bütün müəssisə və  idarələrin həmkarlar komitələrinə öz işlərində daha qətiyyətli,  daha mübariz  olmağı tövsiyə edərək onlara uğurlar arzuladı.
 
RƏVAN


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL