waplog

Fleşmob: “Sabahı düşün!” (VİDEO)


“Yaşıl düşüncə” tərzinin formalaşdırılması və gənclərin ətraf mühitin mühafizəsi sahəsində fəal iştirakını təmin etmək məqsədilə “Təmiz Şəhər” ASC tərəfindən davamlı şəkildə müxtəlif tədbirlər həyata keçirilir. “Təmiz Şəhər” ASC növbəti maarifləndirmə aksiyasını -  “Sabahı düşün!” şüarı altında internet istifadəçilər üçün hazırladığı fleşmobu (iMobu) ictimaiyyətə təqdim edib.

Aksiyanın keçirilməsində və internet rolikin hazırlanmasında əsas məqsəd gənclər arasında “yaşıl düşüncə” tərzinin formalaşdırılması, onlara ətraf mühitin mühafizəsinə daha məsuliyyətli yanaşmağın aşılanması və tullantıların düzgün idarəolunmasında gənclərin fəal iştirakını təmin etməkdir. “ICTnews” elektron xəbər xidmətinə bu barədə “Təmiz Şəhər” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

ASC-dən bildirilib ki, “Sabahı düşün!”  şüarı altında keçirilmiş aksiyada tullantıların ətraf mühitə, təbiətə mənfi təsirləri barədə məlumat verilmiş, tullantıların düzgün idarə edilməsinin əhəmiyyəti vurğulanmışdır. Bu fleşmob gəncləri təmizliyin qorunmasında daha fəal iştiraka səsləyir, onlarda “yaşıl düşüncə” tərzinin formalaşdırılmasını stimullaşdırır.



 
HƏQİQƏT



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL