waplog

Litva 2015-ci ilədək peykini orbitə buraxmaq niyyətindədir


Litva mətbuatının məlumatına görə, litvalı alimlər 2015-ci ildə Yerin atmosferini öyrənmək üçün orbitə “Kosmis” adlı ilk kosmik peyk buraxmağı planlaşdırırlar. Litva mətbuatı yazır ki, peykin orbitə buraxılması ideyası 2 il bundan əvvəl NASA nümayəndə heyətinin Litvaya səfəri zamanı yaranıb.

Bundan sonra Litva Brüsselin fon Karman İnstitutunun “QB50” proqramının iştirakçısı olub. Bu proqram çərçivəsində kosmosa müxtəlif ölkələrin 50 kiçik peykləri buraxılacaq.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, litvalı alim və konstruktorlar bu proqram çərçivəsində görülən işlərin onlara elmi baza yaratmağa imkan verəcəyinə ümid edirlər.
 




EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL