waplog

İnsanın fəallığı, onun qidalanması və yuxu vəziyyəti haqqında məlumat verən qolbaq hazırlanıb


“Bluetooth” aksessuarlarının Amerika istehsalçısı “Jawbone” sağlam həyat tərzini dəstəkləmək səyi ilə qolda gündəlik daşıma üçün yararlı qurğu istehsal edib. “Up” adlı qurğunu gecə-gündüz çıxartmadan qolda gəzdirmək olar. Qurğu şəxsi həyat fəaliyyəti haqqında faydalı məlumat verir. Qurğuya quraşdırılmış sensorlar insanın fəallığı, onun qidalanması və yuxu vəziyyəti haqqında məlumatları toplayır. Toplanmış informasiya smartfona ötürülür və orda xüsusi proqram vasitəsilə emal edilir. Qolbaq sahibi isə yalnız öz sağlamlığının ümumi vəziyyəti haqqında məlumatı deyil, həm də onun yaxşılaşması üzrə tövsiyələri ala biləcək.
İkiillik əməyin nəticəsi olan qurğu “TEDGlobal 2011” texnologiya nailiyyətləri üzrə konfransda (bu günlərdə Şotlandiyanın paytaxtı Edinburqda keçirilir) təqdim edilib. “Jawbone”-u nümayiş etdirən onun yaradıcısı Hüseyn Rəhman izah edib ki, “Up” xəstəliklərin qarşısını almağa kömək etməyəcək, lakin qolbaq riskin amillərini minimallaşdıracaq. Qurğunun texniki xarakteristikaları və dəyəri haqqında məlumat verilməyib. Alıcılar qurğunu ən yaxşı halda ilin sonuna əldə edə bilərlər.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL