waplog

Stiv Cobs ən nüfuzlu amerikalılardan biri adlandırılıb


Nüfuzlu “The Time” jurnalı 20 ən nüfuzlu amerikalının reytinqini tərtib edib. Reytinqə, məsələn, Corc Vaşinqton və Albert Eynşteyn daxil edilib. Siyahıya, həmçinin “Apple” şirkətinin həmtəsisçisi Stiv Cobs da salınıb. Nəşr “TOP-20” reytinqinin bütün iştirakçılarını Amerika xalqının formalaşmasında böyük rol oynamış şəxslər adlandırıb.

Stiv Cobs "kompyuter əsrinin baş kahini" ləqəbinə layiq görülüb. “The Time” jurnalı “Apple” həmtəsisçisinin dahiliyini qeyd edir,  sadə və zərif istifadəçi interfeysinin yaradılmasında onun xidmətini vurğulayır. "O, həmişə inqilabi məhsullar yaratmaq istədiyini deyirdi. Missiya yerinə yetirilib – “The Time” yazıb.






 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL