waplog

Şəmkirdə genişzolaqlı internet istifadəçilərinin sayı artıb


  Şəmkirdə informasiya və kommunikasiya texnologiyalarının inkişafı istiqamətində xeyli  işlər görülüb. Rayonda  əhalinin telefon və multimedia xidmətlərinə olan tələbatının ödənilməsi məqsədilə yeni layihələr həyata keçirilıir. Şəmkir Telekommunikasiya Qovşağının rəisi Cavanşir Yusifov bildirib ki, rayonun əvvəllər telefonlaşdırılmamış Mahmudlu kəndində 256, Yeni Həyat kəndində isə 512 nömrə tutumlu elektron ATS-lər tikilərək istifadəyə verilib.

Kənd ATS-ləri mərkəzlə birləşdirici xətləri optik kabellərlə təmin edilib ki, bu da kənd sakinlərinin yüksək keyfiyyətli rabitə xidmətləri ilə təmin edilməsi deməkdir.  Belə ki, kənd EATS-ləri istiqamətində 68 kilometr fiber-optik kabellərin çəkilməsi başa çatdırılmaqla optikləşmə tam yekunlaşıb.

Optikləşmiş 14 kənd EATS-lərdə DSLAM avadanlığı qurularaq kənd sakinlərinin genişzolaqlı internetə çıxışı təmin olunub. Hazırda “aztelekom.net” internet provayderi üzrə istifadəçilərin sayı 1036 ədəd, özəl provayderlər üzrə (Data Plus, AvirTel, Azeronline) istifadəçilərin sayı 696 ədədə çatıb.

Bundan əlavə mərkəz və kənd EATS-lərinin xətt təsərrüfatı texniki normaya gətirilərək, stansiyalar yerləşən binalar estetik vəziyyətə gətirilib. Rayonda telefon abunəçilərinin sayı 20 minə çatıb. Kənd ATS binaları estetik vəziyyətdə olmaqla tələblərə cavab verir.

 Rayonda genişzolaqlı internet xidmətlərinə böyük tələbat var. Hal-hazırda rayon üzrə 100-ə yaxın internet-klub mövcuddur ki, burada gənclər öz asudə vaxtlarından səmərəli istifadə edə bilirlər. 

C.Yusifov daha sonra bildirdi ki, əhalinin telefona olan tələbatının ödənilməsi, onları narahat edən problemlərin daha operativ şəkildə həlli üçün Şəmkir TKQ böyük kənd stansiyalarında abunə şöbələri yaradıblar. Bu layihənin həyata keçirilməsi ilə vətəndaşların hər hansı bir məsələ ilə əlaqədar olaraq rayon mərkəzinə gəlməsinə ehtiyac qalmayıb.
İllər öncə tamamilə geri qalan Şəmkir TKQ hazırda “Aztelekom”İB-nin ilk 10 qovşağı sırasındadır.
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL