waplog

Astronomlar "vampir və qatil ulduz”lar kəşf edib


Astronomların apardıqları müşahidələr nəticəsində bir planetin başqasını tədricən udaraq yox etməsi qeydə alınıb.
 
Britaniyanın "Daily Mail" nəşri xəbər verir ki, kainatdakı ulduzlar və ulduz sistemləri arasında indiyədək müşahidə olunmamış prosesi astronomlar "səmadakı dəhşət" adlandırıblar.

Proses həqiqətən də qorxuncdur: kiçik ulduz böyük planetə yaxınlaşır, onun ətrafında stabil orbitdə fırlanmağa başlayır, sonra da tədricən həmin böyük planeti əridir.
Sonda böyük planet yox olur. Astronomlar belə kiçik ulduzlardan bir neçəsini qeydə alaraq onları "vampir və qatil ulduzlar" adlandırıblar.

"Universe Today" bildirir ki, alimlər Çilinin Atakama dağlıq səhrasındakı "Very Large Telescope"  (VLT) vasitəsilə apardıqları müşahidələr zamanı "O-type" tipli bu ulduzların çox yüksək temperatur, kütlə və parlaqlığa malik olduqlarını təsbit ediblər.

"Onlar böyük planetə yaxınlaşaraq onu öldürür, "sümürürlər". Lakin belə ulduzların özləri çox qısa müddətdə "yaşayır", müəyyən dövrdən sonra məhv olurlar. Fikrimcə, "vampir ulduz"lar kainatın təkamülündə mühüm rol oynayan ünsürlərdən biridir", - Sana deyib.

"Ulduz vampirizmi" adlandırılan proses zamanı kiçik ulduz böyük planetə yaxınlaşanda onun orbital fəaliyyəti ikili sistem əsasında olur.

Daha sonra bəlli olunub ki, "vampir ulduz"lar arasında nəhəng səma cisimləri də var. Məsələn, avropalı astronomların dünən kəşf etdikləri belə "qatil" ulduzlardan birinin kütləsi və ölçüləri Günəşdən 15 dəfə, parlaqlığı isə 1 milyon dəfə artıqdır.

Bu ulduzların hansı təhlükə mənbəyi olduğunu anladan alimlər deyiblər: "Əgər həmin ulduzlardan biri Günəş sisteminə daxil olarsa və Yerə doğru hərəkət etməyə başlayarsa, planetimizi cəmi 11 saat ərzində tədricən "soraraq" tam məhv edə bilər".

Araşdırmalara görə, "O-type" tipli "vampir" ulduzların 75 faizi ikili ulduz sistemlərindədir.
Belə sistemlərdən biri olan "LH54-425" isə Günəş sisteminə çox yaxındır."Həmin sistem Günəş sisteminə yaxınlaşarsa, Günəşi cəmi 2 sutkaya tam məhv edə bilər.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL