waplog

2 ekranlı “gScreen SpaceBook” noutbuku


“SpaceBook” noutbukunun əsas xüsusiyyəti 17 düym diaqonalla 2 ekranlı olmasıdır (kəskinlik - 1920×1080 piksel). Adi vəziyyətdə ekranlardan biri digərinin arxasında yerləşir və istifadəçi yalnız onlardan birini istifadə edir. Zəruri olduqda isə xüsusi mexanizm maye kristal panelləri hər 2 tərəfə açaraq ekranın işçi səthini ikiqat artırmağa icazə verir.
Alıcılara “SpaceBook” noutbukunun 2 modifikasiyası təklif edilir: 1) 2,66 QHz tezlikli “Core i5-560M” prosessoru və 4 Qb əməli yaddaş ilə təchiz edilmiş 2400 dollar qiymətdə olan model 2)1.73 QHz tezlikli “Core i7-740QM” çipi və 8 Qb əməli yaddaş ilə təchiz edilən 3800 dollar qiymətdə olan model.
Noutbuklar 1 Qb yaddaş ilə “GeForce GTS 250M” qrafik sürətləndiricisi, 500 QB (7200 dövr/dəq) tutumlu sərt disklə, “Wi-Fi” simsiz əlaqə adapteri, kardrider, həmçinin DVD qurğu ilə təchiz olunub. Proqram platforması “Windows 7” əməliyyat sistemidir; avtonom rejimdə təchizat 6 xanalı akkumulyator batareyası vasitəsilə həyata keçirilir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL