waplog

“Azərkosmos” ASC-nin əməkdaşları Çində təlimdə olublar


“Azərkosmos” ASC-nin əməkdaşları 9-28 iyul tarixində Çin Xalq Respublikasının Pekin şəhərində “Peyklərin tətbiq texnologiyaları” mövzusunda keçirilən təlimdə iştirak ediblər.

Təlimdə “Azərkosmos” ASC-nin mütəxəssisləri hazırda dünyada və Çində istifadədə olan rabitə və naviqasiya peyklərinin, o cümlədən Yerin müşahidəsi peyklərinin tətbiq texnologiyaları haqqında həm geniş konseptual biliklərə, həm də praktik bacarıqlara yiyələniblər. Təlim müddətində kosmik məhsulların tətbiq olunduğu bir sıra idarə və təşkilatlara ziyarət də təşkil olunub.

Sözügedən təlim Çin Kosmik Texnologiyalar Akademiyasının təşəbbüsü ilə  təşkil olunub və Azərbaycan kimi kosmik fəaliyyətə yeni başlayan ölkələrin mütəxəssisləri üçün nəzərdə tutulub. 
Təlimin sonunda iştirakçılara Çin Xalq Respublikası Elm və Texnologiya Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Şöbəsinin sertifikatları verilib.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL