waplog

Abşeronda yeni NGN texnologiyalı stansiya avadanlıqları istismara verilib


Abşeron rayonunda telekommunikasiya  şəbəkəsinin  inkişaf   etdirilməsi istiqamətində nəzərdə tutulan tədbirlər planı qrafikə uyğun davam edir.

“Aztelekom” İB-nin baş direktorunun 1-ci müavini, texniki direktor Zahir Vəliyev “ICTnews” elektron xəbər xidmətinə  bildirib ki,  rayonun  Qurtuluş 93,  Atçılıq, Hökməli, Yeni Qobu, Qobustan yaşayış  massivlərində quraşdırılması  üçün ümumi  tutumu 6592 nömrə olan yeni  NGN  texnologiyalı stansiya avadanlıqları istismara verilib. Z.Vəliyev əlavə edib ki, Qobustan EATS-də müəyyən tamamlanma işləri aparıldığından  hələlik istismara verilməyib.

Qeyd edək ki, Qafqaz regionunda ilk dəfə olaraq Azərbaycanda Abşeronda “Qurtuluş 93” yaşayış  massivində tətbiq edilən GPON pilot  layihəsi  çərçivəsində 12 beşmərtəbəli  binada  kabelləşmə  işləri  aparılıb. Qeyd edək ki, bu texnologiya vətəndaşların bir xətlə bütün multimedia xidmətlərindən istifadəsinə şərait yaradır.




RƏVAN


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL