waplog

Los-Ancelesdə multimedia və qrafik texnologiyalar sərgisi keçiriləcək


Avqust ayının 5-də Los-Anceles şəhərinin  "Los Angeles Convention Center" kompleksində işə başlayan "SIGGRAPH 2012" 39-cu beynəlxalq multimedia və qrafik texnologiyalar sərgi -konfransı  avqust ayının 9-na qədər davam edəcək.

Sərgidə kompyuter qrafikası və interaktiv texnologiyalar nümayiş olunacaq. Tədbir çərçivəsində cizgi filmi, oyun, vizual effekt, proqram təminatı və təlim proqramlarının yaradıcıları ilə görüşlər təşkil olunacaq. "SIGGRAPH 2012" dünyanın müxtəlif regionlarından olan şirkətləri və sahə üzrə mütəxəssisləri eyni məkana toplayır. Bununla da peşəkarlar burada yeni, yüksək keyfiyyətlə hazırlanmış məhsul və xidmətləri geniş kütləyə çatdırmaq imkanından yararlanırlar.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL