waplog

Rianna “Facebook”da ən məşhur qadındır


Müğənni Rianna “Facebook”da ən məşhur qadın olub. Onun səhifəsi sosial şəbəkədə 40 570 154 "Like" toplayıb, bu da Ledi Qaqanın göstəricisindən 23 min çoxdur. Bununla belə hələ ki hər iki ifaçıya “Facebook”un ən məşhur istifadəçisi – Eminemə çatmaq müvəffəq olmur. Onun səhifəsi 43,28 milyon "Like" toplayıb. Eminem 2011-ci ilin fevralında lider olub. Xatırladaq ki, əvvəl “Facebook”un ən məşhur istifadəçisi Ledi Qaqa olub.
Lakin Ledi Qaqa indiyə qədər “Twitter”də lider olaraq qalır. Onun mikrobloquna abunə olmuş istifadəçilərin sayı 11,6 milyon təşkil edir. İkinci yerdə Castin Biberdir, onun bloqunun oxucularının sayı yaxın vaxtlarda 11 milyona çatıb. Rianna “Twitter”in (6,1 milyon abunəçi) ən məşhur istifadəçilərinin siyahısında 13-cü yeri tutur. Eminemin mikrobloqunu daha az, 4,9 milyon istifadəçi oxuyur.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL