waplog

Azərbaycanda muzdla işləyənlərin 1,9 faizi informasiya və rabitə sahəsində çalışıb


2012-ci ilin iyun ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta siyahı sayı 1388,2 min nəfər olub və onlardan 852,3 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 535,9 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.

“ICTnews” elektron xəbər xidmətinin Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, muzdla işləyənlərin 23,9 faizi təhsildə, 19,4 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,3 faizi sənayedə, 9,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 6,9 faizi tikintidə, 5,0 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,2 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 3,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,9 faizi informasiya və rabitə sahəsində və 14,8 faizi iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.

 2012-ci ilin iyun ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 397,0 manat təşkil etmiş, yanvar-iyun aylarında isə keçən ilin müvafiq dövrünə nisbətən 8,3 faiz artaraq 384,5 manat olub.

Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, nəqliyyat və anbar təsərrüfatı sahəsində və tikintidə orta aylıq nominal əmək haqqı daha yüksək olub.

CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL