waplog

Alimlər dərmanların çatdırılması üçün mikrorobot yaradıblar


ABŞ-ın Corciya Texnologiya İnstitutunda çalışan alimlərin hazırladıqları metodika təxminən bir neçə mikron ölçüsündə robotlar yaratmağa imkan verir. Bu mikromaşınlar maye mühitdə hərəkət edə bilərlər, gələcəkdə isə onlar orqanizmin müəyyən hissələrinə dərmanların çatdırılması üçün istifadə olunacaq.

“ICTnews.az” elektron xəbər xidməti “infox.ru” saytına istinadən  bildirir ki, mikroskopik ölçülü robot-üzgüçünün korpusu gel kütləsindən ibarətdir. Onun uzunluğu təxminən 10 mikrona bərabərdir, arxa hissədə yerləşmiş iki qanad irəliyə doğru hərəkəti təmin edir və ön tərəfdə yerləşmiş üçüncü qanad isə sükan funksiyasını yerinə yetirir.

İnteraktiv gel kimyəvi reaksiyalar, maqnit sahəsindəki dəyişikliklər, həmçinin dövri temperatur dəyişiklikləri nəticəsində vaxtaşırı sıxılır və genişlənir. Ardıcıl sıxılma və genişlənmələrin arxa qanadlarda yaratdığı hərəkətlər mikrorobotu irəli hərəkət etdirir.


 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL