waplog

Belarus ilə informasiya texnologiyaları üzrə müzakirələr aparılıb


Azərbaycanın Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov bildirib ki, Azərbaycan Respublikası telekommunikasiya peykinin orbitə buraxılması imkanını nəzərdən keçirir. M. Kərimov, həmçinin Belarus alimlərinin işıq diodu texnologiyaları sahəsində əldə etdikləri uğurları yüksək qiymətləndirib.

"ICTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, Azərbaycan Belarus elminə böyük maraq göstərir. "Belarus elmi aparıcı mövqedə qərarlaşıb. Biz Belarusdan çox şey öyrənə bilərik" –M.Kərimov qeyd edib.

Azərbaycan - Belarus parlamentlərarası əlaqələr üzrə işçi qrupunun Belarus-Azərbaycan əməkdaşlığının inkişaf etdirilməsi məsələləri üzrə keçirilmiş iclasında parlamentlərarası işçi qrupunun rəhbəri Ziyad Səmədzadə bildirib ki,  Belarus orbitə peyk buraxmaqla kosmik dövlətlər sırasına daxil olub, bu təcrübədən yararlanmaq olar.

 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL