waplog

Ağcabədidə yeni elektron avtomat telefon stansiyası tikilib



 Ağcabədi rayonunda əhaliyə göstərilən rabitə xidmətinin səviyyəsi yüksəlir. Bu barədə "ICTnews" elektron xəbər xidmətinə rayon Telekommunikasiya Qovşağının rəisi Miriş Ağamirov məlumat verib. Onun sözlərinə görə, cari ildə 130 yeni telefon xətti çəkilməklə abunəçilərin sayı 12 min 433-ə çatıb.

Rayonun Ağabəyli kəndində yeni elektron avtomat telefon stansiyası tikilərək birləşdirici xətt çəkilib, Kürdlər-Minəxorlu və Kürdlər-Qiyamadınlı kəndləri arası 10 kilometr FO kabeli ilə birləşdirici xətt tikilib. Rayonun 11 kəndində yüksəksürətli internet avadanlığı ADSL quraşdırılaraq sakinlərin istifadəsinə verilib. O

nu da bildirək ki, hazırda rayonda yüksəksürətli internet kanallarının sayı 1800, internet istifadəçilərinin sayı 1365 nəfərdir.

RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL