waplog

Yol Patrul Xidməti avtomobillərində videokameralar da quraşdırılacaq


 «Yol Patrul Xidməti haqqında" Təlimata əlavə və dəyişikliyə əsasən, Yol Patrul Xidməti (YPX) avtomobillərində videokameralar da quraşdırılmalıdır. Dünyanın bir çox ölkələrində YPX maşınlarında videokameralar var və onların vasitəsilə hər bir etik və qeyri-etik hal qeydə alınır.

Məsələn, biz telekanallarda ABŞ-da xidmət aparan patrul maşınlarından çəkilən qəzalara və hansısa bir cinayətkar sürücü ilə polis arasındakı silahlı atışma səhnələrinə baxmışıq. Azərbaycanda təsdiqlənəcəyi gözlənilən "Yol Patrul Xidməti haqqında" Təlimata əlavə və dəyişikliyə əsasən nəqliyyat vasitəsi YPX inspektoru tərəfindən saxlanılarkən, patrul avtomobilində quraşdırılmış videokamera daim işlək vəziyyətdə olmalı, məsafədən səs ötürən mikrofondan istifadə edilməlidir.

Sürücü ilə ünsiyyət və inzibati xətanın sənədləşdirilməsi, YPX inspektorunun digər hərəkətləri polis avtomobilində quraşdırılmış kameranın görünüş dairəsində aparılmalıdır. Deyəsən, bu məsələ öz həllini tapır. Belə ki, Azərbaycanda YPX avtomobillərində videokameralar quraşdırılacaq.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev açıqlamasında bildirib ki, yaxın vaxtlarda YPX avtomobilləri videokamera ilə təmin olunacaq.

"Amma hələ ki konkret vaxt demək olmaz. Yəqin ki, daha tez müddətdə quraşdırılacaq. Bunun vasitəsilə hər bir hal qeydə alınacaq. Videokamera polis əməkdaşı ilə sürücü arasında hər hansı bir münaqişənin yaranmasının qarşısının alınmasına xidmət edəcək. Bundan əlavə, avtomobillərdə quraşdırılacaq videokameralar sürücünün yol verdiyi qayda pozuntusunun aşkar edilməsini asanlaşdıracaq. Yəni bu kameralar sonradan hər hansı bir narazılığın qarşısının alınması və yaxud da ki, inzibati xətanın özünün mövcudluğunun da isbatında mühüm rol oynayacaq". Yeni patrul avtomobillərinin gətirilməsinə gəlincə, K.Əliyev bunun gözlənilmədiyini bildirib:"May ayında 50 yeni YPX avtomobili gətirilib. Artıq kifayət qədər patrul avtomobili var. Gələcəkdə buna zərurət yaranarsa, əlbəttə, həmin maşınlar yeniləri ilə əvəz olunacaq".

RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL