waplog

Yerli mobil operator abunəçilərinə 12 ay 30 dəqiqə danışıq vaxtı hədiyyə edəcək


"Nar Mobile" "Xoş gəlmisiniz!" adlı kampaniyasının müddəti 15 sentyabr 2012 tarixinədək uzadılıb. Kampaniya çərçivəsində "Nar" nömrəsi alan abunəçilər 12 ay ərzində hər ay ölkədaxili zənglər üçün 30 dəqiqə danışıq vaxtı əldə edirlər.

Bonus dəqiqələr həm səsli, həm də videozənglər üçün etibarlıdır. Təqdim olunan bonus dəqiqələrdən istifadə müddəti 30 gündür. İstifadə olunmayan bonus qalığı növbəti aya keçirilmir.

Bonus dəqiqələr ay ərzində yalnız bir dəfə təqdim olunur. İlk ay üçün bonus nömrə aktivləşdirildiyi andan etibarən abunəçinin balansına avtomatik olaraq yüklənilir.

RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL