waplog

“İntel” yeni SSD daşıyıcıları ilə bağlı istifadəçilərin şikayətlərini araşdırır


“İntel” korporasiyası yeni nəsil SSD daşıyıcısında problem olduğunu təsdiqləyib. Belə ki, problem məlumat daşıyıcısında nasazlığa gətirib çıxara bilər. Korporasiya həftə ərzində yeni “İntel SSD 320” daşıyıcılarındakı problemlər ilə bağlı istifadəçilərin çoxlu şikayət etdiyini bildirib. “İntel” şirkətinin texniki dəstək forumlarında bildirilib ki, ehtimal ki, yeni nəsil daşıyıcıda arxitektura səhvi buraxılıb. Bu isə SSD daşıyıcıda qidalanmada gözlənilməz nasazlığa və informasiyanın itməsinə səbəb olur. Bir sıra istifadəçilər nasazlıqdan sonra sistem daşıyıcının ümumi tutumunun 8 meqabayt olduğunu göstərib.
"Biz şikayətləri araşdırırıq. Biz problemlə rastlaşmış bütün istifadəçilərə “İntel” korporasiyasının müştəri dəstək xidmətinə müraciət etməyi məsləhət görürük" - korporasiyanın mətbuat katibi Deniel Snider bildirib. Qeyd edək ki, “SSD 320” daşıyıcıları bu ilin mart ayında buraxılıb və həm “FK”, həm də “Mac” kompyuterləri üçün tədarük olunur. Bu daşıyıcıların tutumları 40-dan 600 qiqabayta qədər dəyişilir. Daha əvvəl də “İntel” şirkətinin SSD daşıyıcılarıyla problemi olub.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL