waplog

Azərbaycanda ilk dəfə “118” Məlumat-sorğu xidməti yeni “Sənədlər” xidmətini istifadəyə verib


Azərbaycanda ilk dəfə bir neçə xidməti bir araya gətirən "118" Məlumat-sorğu xidməti yeni "Sənədlər" xidmətini istifadəçilərin ixtiyarına verib.

"ICTnews" elektron xəbər xidmətinin məlumat-sorğu xidmətinə istinadən verdiyi məlumata görə, artıq istifadəçilər sözügedən xidmətə müraciət etməklə onlara lazım olan sənədlərlə bağlı bütün suallara cavab tapa bilərlər.

Belə ki, "Sənədlər" xidməti vasitəsilə xarici pasport, şəxsiyyət vəsiqəsi, doğum şəhadətnaməsi, hərbi bilet, xarici ölkələrə viza, sürücülük vəsiqəsi, avtomobil və ya ev alqı-satqısı və istənilən digər sənədlər üzrə məlumat əldə etmək mümkündür. "

118" Məlumat-sorğu xidmətindən istifadənin 1 dəqiqəsi 0.47 AZN təşkil edir

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL