waplog

Dünyanın ən ucuz HD ekranlı smartfonu təqdim olunub


Çinin pərakəndə satış bazarına oktyabrda çıxarılacaq "Xiaomi Phone 2" smartfonunun rəsmi təqdimatı keçirilib. Smartfon dördnüvəli prosessora və 720 piksel təsvir ölçüsünə malik displeylə təchiz edilməklə dünyanın ən ucuz smartfonu olmalıdır.

"Xiaomi Phone 2" 1,5 giqahers takt tezlikli "Qualcomm Snapdragon S4 Pro APQ8064" prosessoruna əsaslanmaqla 4,3 düym diaqonallı "Sharp" ekran, 2 giqbayt operativ və 16 giqabayt quraşdırılmış yaddaş, BSI əks işıqlandırma texnologiyalı 8 meqapikselli kamera və 2000 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib.

 Aparatın 3000 milliamper/saat batareyalı versiyası da satışa çıxarılacaq. Smartfon MIUI interfeysli "Android 4.1 Jelly Bean" əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək. "Xiaomi Phone 2" alıcısı həmçinin Siri (səslə idarəetmə) texnologiyasının Çin analoqunu və “bulud” məkanında 5 giqabayt əldə edə bilər. Modelin qiyməti 310 dollar təşkil edəcək.

İstehsalçıların sözlərinə görə, bu, aparatın komplekt hissələrinin maya dəyərindən 60 dollar azdır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL