waplog

“IBM” korporasiyası fləş istehsalçısını satın alıb


"IBM" korporasiyası "Texas Memory Systems" (TMS) özəl şirkətini satın alıb. "ICTnews.az" elektron xəbər xidməti "compulenta.ru" saytına istinadən bildirir ki, "TMS" şirkətinin əsası 1978-ci ildə qoyulub, onun ştatı təxminən 100 əməkdaşdan ibarətdir.

Şirkət məlumatların saxlanılması üçün fləş-yaddaşa əsaslanan məhsuldar qurğular istehsalı üzrə ixtisaslaşıb. "IBM" korporasiyası qeyd edib ki, "TMS" şirkətinin həlləri sifarişçilərə server sistemlərinin məhsuldarlığını yüksəltməyə, elektrik enerjisi və soyuma sistemlərinə sərf edilən xərcləri azaltmağa, həmçinin məlumatların emalı mərkəzlərində yerə qənaət etməkdə yardımçı olur.

Sazişin maliyyə şərtləri açıqlanmır. Satınalmanın "IBM" şirkətinə korporativ sinfə məxsus aparat həllərinin çeşidini genişləndirməyə kömək edəcəyi gözlənilir.

EMİL

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL