waplog

Tibbi tatuaj gələcəkdə mobil telefon, kompyuter və digər məişət qurğularını əvəz edəcək


Kompyuter mikrosxemləri ilə insan orqanizminin birləşdirilməsi, xüsusən də insan dərisində "rəqəmsal tatuaj"ın yerləşdirilməsi ideyası artıq çoxdan mövcuddur. Əvvəlcə belə güman edilirdi ki, insan dərisinə allergiya törətməyən, uyğunluğa zəmanət verən, müxtəlif qadjetlərlə simsiz rabitə yaradan nanoqurğular inteqrasiya ediləcək.

Düzdür, hələ o vaxt özündə miniatür interfeysi, daşıyıcı haqqında informasiyanı və digər kibertexnologiyaları birləşdirən tatuajın necə reallaşdırılacağı o qədər də aydın deyildi. ABŞ alimləri insan bədənində "mobil kardioqraf" və ya digər tibbi cihazların yerləşdirilməsi üçün istifadə edilə biləcək şəffaf tatuaj hazırlayıblar. Alimlərin iddiasına görə, uzaq gələcəkdə bu tatuaj vasitəsilə kompyuteri də idarə etmək mümkün olacaq.

Bu haqda "Science" jurnalındakı məqalədə bildirilib. "ICTnews" elektron xəbər xidmətinin Azərbaycan Milli Elmlər Akademiyasına istinadən verdiyi məlumata görə, gözlə görünməyən və çəkiyə gəlməyən polimer plyonkadan ibarət olan tatuaj tibbi qurğuların bütün komponentlərini dəridə yerləşdirməyə imkan verir. Bu cür plyonka dərini qıcıqlandırmır, xəstənin orqanizminin vəziyyətinə uzunmüddətli müşahidə üçün istifadə edilə bilər. İllinoys Universitetindən olan alimlər işıq indikatorları, informasiyanın ötürülməsi və qəbulu qurğuları, həmçinin bədənin hərarəti, dərinin dartılma sensorlarını və neyronların elektrik fəallığını izləyən sistemin yerləşdirildiyi bu cür plyonkanın eksperimental modelini nümayiş etdiriblər. Plyonka elə hazırlanıb ki, dərinin nəfəs almasına mane olmur.

Elektron komponentlər, qeyri-adi incəliyinə və davamlığına baxmayaraq, adi yarımkeçirici texnologiyanın köməyilə hazırlanıb. Plyonka dəriyə molekullararası qarşılıqlı təsir gücünün sayəsində (misal üçün, kərtənkələnin ayağı şüşəyə yapışan kimi) bərkidilir. Dəridəki gözlə görünməyən plyonka gələcəkdə mobil telefon, kompyuter və digər məişət qurğularını da əvəz edə biləcək.

Bu cür sistemlər enerjini bədənin hərarəti hesabına alacaq, bütün bu texnikanı isə istifadəçi öz ovcundakı və ya biləyindəki sensor ekrana ehmalca toxunmaqla, səs komandası və ya jestlərin köməyilə idarə edə bilər. Son illər alimlərin üzərində ciddi çalışdıqları məsələlərdən biri də odur ki, tatuaj heç də insanın bədəninə inteqrasiya edilməməli, onu biorobota çevirməməlidir.

Plyonka elə hazırlanmalıdır ki, onu bədənə və ya geyimin üzərinə yerləşdirmək, istənilən qədər istifadə etmək və hətta yumaq da mümkün olsun.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL