waplog

Azərbaycanda “2D” seysmik işlər üzrə çöl ekoloji ekspedisiya işləri aparılıb


Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və "ConocoPhillips Exploration Azerbaijan Ltd" arasında, Azərbaycan Respublikasının quru ərazilərində aparılacaq "2D" (iki ölçülü) Seysmik İşlər üzrə Birgə Tədqiqatın Ətraf Mühitə Təsirinin Qiymətləndirilməsi layihə sənədinin işlənilməsi üçün Ekologiya İdarəsinin Ekoloji Tədqiqatlar Ekspedisiyasının əməkdaşları tərəfindən seysmik profillər keçən Ucar, Ağdaş, Göyçay, Qax, Şəki, Qəbələ, Oğuz, İsmayıllı, Şamaxı, Ağsu və Qobustan rayonları ərazilərində çöl ekoloji ekspedisiya işləri həyata keçirilib.

 "ICTnews" elektron xəbər xidmətinin ARDNŞ-in Ekologiya İdarəsinə istinadən verdiyi məlumata görə, ƏMTQ layihə sənədinin ilkin mərhələsi olan çöl ekoloji ekspedisiya işləri zamanı ərazilərdə təbii mühitin hazırkı vəziyyətinin kəmiyyət və keyfiyyətinin göstəricilərinin öyrənilməsi üçün profillər üzərində seçilmiş stansiyalardan torpaq və su nümunələri götürülüb və analiz olunmaq üçün Kompleks Tədqiqatlar laboratoriyasına göndərilib.

Ərazidə atmosfer havası, radioaktiv fon və səs-küy instrumental ölçmələr vasitəsi ilə aparılıb. Layihənin əhatə etdiyi həssas təbii ərazilər, milli park və dövlət təbiət qoruqları, meşə təsərrüfatı, dövlət, bələdiyyə və şəxsi torpaq sahələri, yaşayış məntəqələri, kommunikasiya xətləri keçən sahələr və s. haqqında məlumatlar yerli icra hakimiyyətlərinin, DTXK-nin rayonlar üzrə şöbələrinin, ETSN Ərazi Ekologiya və Təbii Sərvətlər şöbələrinin, Rayon Meşə Mühafizəsi Bərpası müəssisələrinin, Dövlət Təbiət Qoruqlarının və aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə müzakirə edilib və dəqiqləşdirilmələr aparılıb. Yerli icra hakimiyyətlərinin aidiyyəti qurumlarından rayonların sosial-iqtisadi vəziyyəti – makroiqtisadi göstəriciləri, məhsul buraxılışı, demoqrafik vəziyyət, sosial vəziyyət, təhsil, mədəniyyət, məşğulluq, nəqliyyat və s. haqqında məlumatlar əldə olunub.  

Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi layihə sənədinin hazırlanması ilə bağlı işlər davam etdirilir.

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL