waplog

2012-ci ildə dünyada 100 milyondan çox planşet satılacaq


“ABI Research” analitik şirkətinin dərc etdiyi proqnoza əsasən, 2012-ci ildə dünyada 100 milyondan çox planşet satılacaq. Şirkət, həmçinin bildirib ki, 2012-ci ilin aprel-iyun ayları ərzində dünyada təxminən 25 milyon planşet satılıb.

Bu göstərici ötən rüblə müqayisədə 36 faiz çoxdur. “ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Apple” şirkətinin planşet bazarında tədarük payı 69 faiz təşkil edib. Planşet tədarüklərinə görə ikinci yerdə Cənubi Koreyanın “Samsung Electronics” şirkəti qərarlaşıb. O, bu bazarın 8 faizinə nəzarət edir.

Sonrakı yerlərdə “Amazon”, “Asus”, “Dell” və “LG” şirkətləri yer alıblar. “ABI” şirkətinin proqnozuna görə, bu yaxınlarda istehsal edilmiş “Google”, həmçinin bu yaxınlarda istehsalı planlaşdırılan “Microsoft Surface” planşetləri gələcəkdə alıcıların trendinə çevriləcək. H

əmçinin şirkətdən verilən məlumata əsasən, planşet istifadəçilərinin əksəriyyəti məhz “3G” şəbəkələrində deyil, “Wi-Fi” şəbəkələrində işləyir.

EMİL

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL