waplog

“NASA” orbitə ucuz “Android”-peyklər buraxacaq


Amerikanın “NASA” aerokosmik agentliyi “PhoneSat” layihəsinə  başladığını elan edib. Layihə çərçivəsində yer orbitinə bir neçə çox ucuz mini-peyk çıxarmaq planlaşdırılır. Peyklərin birinci partiyası “Nexus One” smartfonu ilə işləyəcək. Bu barədə agentliyin saytında bildirilib.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, 1 ədəd belə "telefon" peykinin qiyməti təxminən 3500 dollar təşkil edir. Onlar Yer kürəsinin səthini müşahidə etmək, kosmik uçuşlar üçün yeni texnologiya və komponentlərin sınaqdan keçirilməsi üçün nəzərdə tutulub. 2012-ci ilin sonunadək orbitə üç ədəd “PhoneSat” peyki buraxmaq planlaşdırılır.

Qeyd edək ki, “Nexus S” smartfonu artıq kosmosa uçub. Təxminən iki il əvvəl internet-nəhəngin mühəndislərindən və Kaliforniya Universitetinin tələbələrindən ibarət olan entuziastlər qrupu 7 ədəd "quqlofon"u xüsusi soyuducu kameralara yerləşdirmiş və sonra onları meteoroloji zondlara bağlamışdılar.

Bu sınağın əsas məqsədlərindən biri “Nexus S” smartfonuna quraşdırılmış  datçiklərin (akselerometr, jiroskop və kompas) aşağı temperaturun öhdəsindən necə gəldiyini öyrənmək idi.Təxminən üç saatdan sonra bəzi "quqlofon"lar təxminən 32 min metr hündürlüyə qalxmağın öhdəsindən gəlmişdilər.
 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL