waplog

ARDNŞ-də “Hitachi” ilə nasos və kompressor avadanlıqları sahəsində yeni texnologiyaların tətbiqi müzakirə olunub


 Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin baş ofisində “SUMITOMO Corporation Eurasiya” şirkətinin partnyorları olan “Hitachi Plant Technologies” şirkətinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə ARDNŞ-in ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə və şirkətin müvafiq strukturlarının mütəxəssisləri iştirak ediblər.

“ICTnews” elektron xəbər xidmətinin ARDNŞ-ə istinadən verdiyi məlumata görə, görüş “Hitachi” şirkətinin sutəmizləyici sistemləri, nasos və kompressor avadanlıqları sahəsində yeni texnologiyaların tətbiqi barəsində ətraflı məlumatların təqdim edilməsi məqsədi ilə keçirilib.

Tədbirdə “Hitachi” və ARDNŞ mütəxəssisləri tərəfindən istehsalat zamanı formalaşan suların təmizlənərək tam utilizasiyası məsələsinin hazırda böyük aktuallıq kəsb etdiyi qeyd olunub, bu məsələ ətrafında müzakirə aparılıb.



CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL