waplog

Mobil tətbiq yeniyetmələrin yazdığı “SMS”-i deşifrə edir


Valideynlər uşaqlarından aldıqları “SMS” mesajların mənasını çox vaxt başa düşmürlər. Yeniyetmələr elektron ünsiyyətdə yaşlı nəslə naməlum olan yüzlərlə abreviaturadan istifadə edirlər. “DML” şirkəti ailə üzvlərinin effektiv ünsiyyət saxlaması üçün “TextGenie” tətbiqi hazırlayıb. Tətbiq "SMS"-in anlaşılmaz hissələrini avtomatik deşifrə edir.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, tətbiq “Android” platformasında 1 dollar 16 sentə əlçatandır. “TextGenie” tətbiqində 1500 abreviatura və onların izahı yer alıb. Məsələn, proqram mesajdakı “2nyt” qısaltmasının tonight, “gr8” qısaltmasının isə great olduğunu izah edir. Təəssüf ki, proqram yalnız ingilis dilində danışan ailələr üçün əlçatandır.





 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL