waplog

Prosessorsuz noutbuk istehsal olunub


Koreyanın "Korea Telecom" şirkəti Almaniyada keçirilən "IFA 2012" sərgisində prosessora, əməli yaddaşa və əməliyyat sisteminə malik olmayan noutbuk təqdim edib. "Spider Laptop" adlı qurğu bir növ müasir smartfonlar üçün cihaz rolunu yerinə yetirir.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, təqdim edilmiş modeldə "hesablama qurğusu" kimi portativ kompyuterə "MHL" (Mobile High-Definition Link) kabeli vasitəsilə qoşulmuş "Samsung Galaxy S III" smartfonu istifadə olunur. "KT" şirkətinin nümayəndələrinin sözlərinə görə, noutbuka müxtəlif smartfon modellərini qoşmaq olar.

Təqdim edilmiş "Spider Laptop" noutbukunun qiyməti təxminən 260 dollar təşkil edir, daha ucuz modellərin istehsalı planlaşdırılır.


 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL