waplog

Böyük ekranlı smartfonlar getdikcə populyarlaşır


“Kantar Worldpanel ComTech” analitik agentliyinin son tədqiqat məlumatına əsasən, “Android” platforması ilə işləyən smartfonlar lider mövqeyə sahibdirlər. Bu halda istifadəçilər tez-tez böyük ölçülü ekranlara malik mobil telefonlar seçirlər.

“ICTnews.az” elektron xəbər xidməti “infox.ru” saytına istinadən bildirir ki, ekranın ölçüsü son zamanlar smartfon alıcıları üçün  böyük əhəmiyyət kəsb etməyə başlayıb, belə ki, son üç ay ərzində “Android” platforması ilə işləyən bütün mobil telefonların 29 faizində ekranın diaqonalı 4,5 düymdən çoxdur. Smartfon bazarında  böyük “oyunçu”lardan biri də “Apple” şirkətidir. Lakin bu şirkətin istehsalı olan “iPhone 4S” smartfonunda ekranın diaqonalı hələ ki 3,5 düym təşkil edir.

Ekspertlər qeyd ediblər ki, ekranın diaqonalı mobil telefondan istifadə rejiminə də təsir edir. Belə ki, 3 düymdən aşağı ekrana malik mobil telefon sahiblərinin yalnız 19 faizi şəbəkədən hər hansı məzmun yükləyir və videoya baxır, halbuki 5 və daha yuxarı düymlü ekrana malik qurğu sahibləri arasında bu funksiya 65 faiz halda istifadə olunur. Bu, istehsalçıların özləri üçün də vacibdir, çünki mobil qurğuda funksiya nə qədər çoxdursa və istifadəçi onlarla nə qədər çox işləyirsə, növbəti smartfonu aldıqda onun həmin brendin məhsulunu almaq şansı daha çoxdur.
 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL