waplog

Daha bir neçə bölgə NGN texnologiyasının əhatə dairəsinə qatılacaq


Regionlarda NGN şəbəkəsinin qurulması istiqamətində işlər davam etdiriləcək. Bu sözləri “ICTnews”-a açıqlamasında “Aztelekom” İB-nin baş direktorunun 1-ci müavini, texniki direktor Zahir Vəliyev bildirib.

Onun sözlərinə görə, hazırda regionlar üzrə yeni nəsil şəbəkəsi Gəncə, Sumqayıt, Abşeron, Kürdəmir, Salyan, Şamaxı və Göyçay bölgələrində tətbiq edilib. Regionlarda yeni nəsil şəbəkəsinin genişləndirilməsi birliyin böyük inkişaf planına daxildir və yaxın vaxtlarda bir neçə bölgədə də bu texnologiya tətbiq ediləcək. Bununla bağlı tenderlər keçiriləcək.

Baş direktor müavini daha sonra vurğuladı ki, bu şəbəkə vasitəsilə ənənəvi rabitə xidmətləri ilə yanaşı, İP TV, İP telefon, “Triply play” və s. multimedia xidmətlərinin və informasiya texnologiyalarının ən son yeniliklərini dəstəkləyən digər xidmətlərin göstərilməsi təmin olunacaq. Həmçinin bu siyahıya kartlarla, parolsuz qoşulma ilə yanaşı, sürətli internet - ayrılmış xətlərin təşkili və genişzolaqlı şəbəkə xidmətləri də daxildir ki, bu xidmətlər həm adi istifadəçilərin, həm də korporativ müştərilərin tələblərini tam ödəyir.



RƏVAN


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL