waplog

Məlumatların saxlanılması sistemləri bazarında artım qeydə alınıb


“IDC” analitik şirkətindən verilən məlumata görə, sərt disk bazarındakı problemlərə baxmayaraq, korporativ istifadəçilər məlumatların saxlanılması sistemlərini almağa davam ediblər. Nəticədə bu bazarda artım qeydə alınıb.

“IDC” analitik şirkətinin qiymətləndirməsinə əsasən, bir il ərzində məlumatların saxlanılması sistemləri bazarının həcmi 8 faiz artıb, rübün nəticəsinə görə satışların ümumi həcmi 8,1 milyard dollar təşkil edib. Eyni zamanda, rübün nəticəsinə görə satılmış saxlama sistemlərinin ümumi həcmi 6,667 petabayt təşkil edib. Bu göstərici 2011-ci ilin ikinci rübünün nəticəsinə görə 24.8 faiz çoxdur.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, saxlama sistemlərinin istehsalçıları arasında ən böyük “oyunçu” “EMC” şirkətidir. O, bu bazarın 30,4 faizinə nəzarət edir. “IBM” və “NetApp” şirkətlərinin bu sahə üzrə bazar payı müvafiq olaraq 12,9 və 12,1 faiz təşkil edib. Sonrakı yerlərdə  “Hewlett-Packard” və “Dell” şirkəti qərarlaşıb.


 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL