waplog

ABŞ-da videooyun bazarının həcmi azalır


“NPD Group” şirkəti Amerikanın videooyun bazarında satış həcminin azalmasını qeyd edib.“ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, ABŞ-da 2012-ci ilin avqustunda konsollara təxminən 515,6 milyon dollar xərclənib. Bu göstərici 2011-ci illə müqayisədə 20 faiz azdır.

“Xbox 360” oyun konsolu 20 ay ardıcıl olaraq ən tələbatlı konsol olaraq qalır: avqustda bu qurğunun 193 min dəsti satılıb.

Aksesuarlara tələbat 7 faiz azalaraq 127,3 milyon dollar təşkil edib. İstehsalçılar oyunlardan 237,7 milyon dollar qazanıblar.  Bu göstərici 2011-ci illə müqayisədə 9 faiz azdır.
 




EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL