waplog

Abşeronda telefona müasir stansiya avadanlıqları quraşdırılıb


Abşeron rayonu Xocahəsən qəsəbəsində Quşçuluq yaşayış massivinin telefona böyük tələbat olan bir hissəsində 640 abunəçilik (hər birində) “ONU” (Optik Network Union - Optik Şəbəkə Nöqtəsi) tipli stansiya avadanlıqları  quraşdırılıb.

Abşeron Telefon Qovşağının rəisi Əyyub İsmayılovun “İCTnews”-a verdiyi məlumata görə, Xocahəsən qəsəbəsində “ONU”-nun quraşdırılması nəzərdə tutulan yerə qədər fiber-optik birləşdirici rabitə xəttinin quraşdırılması işləri aparılıb. Hazırda abunəçilərin mənzillərinə telefonların çəkilmə problemi yoxdur.

 “ONU” stansiyası sakinlərə NGN texnologiyası imkanlığı ilə 62 növ servis xidmətindən istifadə etməyə imkan verir. Sözügedən avadanlıq istifadəçilərin telefon rabitəsi ilə yanaşı, İP TV, videotelefon və digər multimedia xidmətlərindən yüksək səviyyədə istifadəsinə geniş imkanlar yaradır.

Dünya təcrübəsində texnoloji baxımdan özünü yaxşı təqdim edən avadanlıq abunəçi ilə stansiya arasında məsafəni qısaldır, telefon, internet xidmətinin daha sürətli və yüksək keyfiyyətli çatdırılmasını təmin edir.
 
RƏVAN


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL